İdman

Mübariz Mənsimov: “Xəzər Lənkəran”bir brenddi, onun hər zaman yaşamasına şəxsən mən nəzarət edəcəm”

“Xəzər Lənkəran”ın  fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş”ın Azərbaycan üzrə olan təmsilçilərini qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, Mənsimov sahibi olduğu və hazırda fəaliyyətini dayandıran “Xəzər Lənkəran” haqda da, söhbət açıb.

O, etdiyi paylaşımda bunları qeyd edib:

“Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Onun hər zaman yaşamasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43