İdman

“Trabzonspor”un baş məşqçisi “Qarabağ”ın oyununu buna görə izlədi

Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçirilən “Olimpiya” – “Qarabağ” oyununu izləyənlər arasında “Trabzonspor”un baş məşqçisi Ünal Karaman da olub.

İdmanxeber.com-un məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan “Trabzonspor”un çalışdırıcısının hər iki komandanın heyətində çıxış edən bəzi futbolçuların oyununu canlı görmək üçün stadiona getdiyi iddia olunur.

Lakin futbolçuların adı açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43