İdman

Namiq Ələsgərovun son durumu

Dünən Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən “Neftçi”nin futbolçusu Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən tibbi baxışdan sonra məlum olub ki, yarımmüdafiəçinin sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub. Sabah futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra Namik Ələskərovun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək. Bu haqda əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43