İdman

DÇ 2018-in açılış saatı bəlli oldu

DÇ-2018-in rəsmi açılış mərasiminin başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, şou iyunun 17-ü Moskva vaxtı ilə saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) başlanacaq. Bundan iki saat sonra – Bakı vaxtı ilə saat 19.00-da çempionatın ilk oyununa – Rusiya – Səudiyyə Ərəbistanı matçına start veriləcək.

Qeyd edək ki, açılış Moskvadakı “Lujniki” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43