İdman

“Dedilər görmürsən, götürə bilmərik” – MÜSAHİBƏ

104 FM-də "İdmanda" verilişinin aparıcılarından biri olan Anar Nəbi gözdən 1-ci qrup əlildir.

22 yaşlı Anar radioda çalışmaqla yanaşı Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsində təhsil alır.

Ancaq istəməzdim ki, söhbətimizi yalnız mənim üzərimdə quraq. İstərdim ki, Azərbaycanda görmə qabiliyyəti olmayan digər insanları da narahat edən bir neçə məsələdən danışaq. Bizi narahat edən problemlərdən biri ali məktəblərdə təhsil haqlarını verə bilməməyimizdir. Bu il 10 min abturiyent 0-200 arası bal toplayıb. Ancaq mən sizə bir faiz belə görmə qabliyyəti olmayan uşaqlar göstərərəm ki, 400-dən yuxarı bal toplayırlar. Onların ailələrində maddi imkan yoxdur ki, 1800-2500 manat ödəyib, övladlarına təhsil versinlər. Hamı ağızdolusu əlil insanların inteqrasiyasından danışır, ancaq bu, dildədir. Dövlət proqramında var ki, hər idarədə azı iki əlil işləməlidir. Reallıq isə budur ki, heç biri də işləmir.

– Təhsil haqqımı istərdim öz maaşımla özüm ödəyim. Ancaq buna gücüm çatmır. Qənirə Paşayeva və İlham Zəkiyev təhsil haqqımı birbaşa, kökündən həll ediblər. Ancaq gəlin görək, hamının belə şansı varmı? Kifayət qədər böyük məbləğdir. Hər adamın bunu verməyə imkanı yoxdur. Mən onlarla əlil tanıyıram ki, 400-dən yuxarı bal toplayıb, amma təhsil haqqını verməyə gücü çatmayıb. 
Qoy, mənim yaşadığımı məndən sonra gələnlər yaşamasın. Gözüm görmür, ancaq diplomum var, savadlıyam. İstəməzdim ki, hansısa radioda, telviziyada əlil işləyəndə ona hamı qəribə baxsın. Bir də, insanın özündən çox şey asılıdır. 18 yaşım olanda evdə ayağımı yerə dirədim ki, vəssalam, mən sizin himayənizdə yaşamaq istəmirəm. O mənada ki, öz ayağımın üstündə durmaq istəyirdim.(Azvision.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43