İdman

Dəniz Yılmaz oynadı, “Bursaspor” “Fənərbaxça” ilə bərabərə qaldı

Türkiyə Superliqasında 20-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, bu gün milli komandamızın hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” klubu doğma meydanda “Fənərbaxça”nı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Millimizin üzvü matça start heyətində başlayıb. O, görüşün 77-ci dəqiqəsində Sercan Yıldırımla əvəzlənib.

Qeyd edək ki, bu matçdan sonra xallarının sayını 28-ə yüksəldən “Bursaspor” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Fənərbaxça” isə 36 xalla 4-cü pillədəki yerini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43