Ölkə futbolu

Dənizli: “Rəhbərlikdən 4 futbolçu istədim”

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli klub rəhbərliyindən 4 futbolçunun alınmasını istəyib. Stadium.az saytına açıqlamasında Dənizlinin özü bu xəbəri verdi: “Mən komandaya 4 utbolçunun alınmasını istəyirəm. Siyahını kluba təqdim etmişəm. Mən komandada kimləri görmək istəyirəm, onları rəhbərliyə bildirdim. Transfer işləriylə məşğul olası deyiləm. Zatən bu iş mənlik deyil. Bundan sonra rəhbərliyin işidir. Onu da deyim ki, ilkin siyahıya görə 4 futbolçunun 2-si yerli, 2-si də legioner ola bilər. Əgər vəziyyət dəyişsə, yerli futbolçunun alınmasında problem yaşansa, o zaman ən azı 1 yerli, 2 də legioner futbolçu alınmalıdır. Bu futbolçuların adların sizə açıqlamağım düzgün olmaz, bunu ancaq klubdan öyrənə bilərsiz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43