Kateqoriyasız

Dmitri Bezotosnıdan “Qəbələ” üşün şad xəbər (ÖZƏL)

“Qəbələ”nin zədələnən qapıçısı Dmitri Bezotosnının hansı müddətə yaşıl meydanlardan kənar düşdüyü məlum olub.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “Kəpəz”lə matçda zədələnən qolkiper bu gün tibbi mayinədən keçib. O, 2 həftə “Qəbələ”yə kömək edə bilməyəcək.

Bunu saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də bildirib.

Təcrübəli qpaıçı noyabrın 27-də PAOK-la səfər matçında komandaısna kömək edə biləcək.

Qeyd edək ki, öncədən futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43