Kateqoriyasız

“Qəbələ” şokda – Dəqiqləşdi

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosni “Borussiya” ilə oyunda oynamayacaq.

İdmanxeber.com-un məlumatına görə, onun Almaniyada “Qəbələ”yə kömək edə bilməyəcəyi dəqiqləşib. Bu barədə komandanın baş məşqçisi Qriqorçuk məlumat verib. 

Buna ukraynalı qolkiperin Premyer Liqanın 11-ci turunda “Kəpəz”lə görüşdə (1:2) zədə alması səbəb olub. Bu gün tibbi müayinədən keçəcək Bezotosnının hansı müddətə sıradan çıxdığı dəqiqləşəcək.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43