İdman

Dmitri Nazarov Almaniyada “ən yaxşı” seçildi

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də bu ilin ən yaxşı oyunçusu müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 1400 azarkeş arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, D.Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.
Qeyd edək ki, D. Nazarov 2017-ci ildə Aue təmsilçisi ilə Almaniya ikinci Bundesliqasında 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43