Dünya futbolu

“Dnepr”in futbolçusu: “Qarabağ” bizə imkan vermədi”

Avroliqanın qrup mərhələsində evdə “Qarabağ”a 1:0 hesablı məğlub olan “Dnepr”in futbolçusu Sergey Kravçenko matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri səsləndirib:

“Oyunumuz alınmadı, buna əsas səbəb “Qarabağ” bizə imkan vermədi, öz oyunumu göstərək. Deməzdim ki, məğlubiyyətə layiq oyun göstərdik. Mərkəzdə də bir o qədər oyun qura bilmədik, amma buna baxmayaraq epizodlarımız oldu, yararlana bilmədik Rəqib də qol vurandan sonra artıq müdafiəyə çəkildi. Ondan sonra rəqibin müdafiəsini keçmək çətin idi.

 Əslində qələbənin bizim üçün vacib olduğunu bilirdik. İstəkli oynadıq, amma oyunumuz istənilən kimi alınmadı Hər halda məğlub olmuşuqsa, günahkarıq . Artıq oyun geridə qaldı, bu oyundan çox danışmaq mənasızdır.

Biz istərdik ki, qələbə qazanıb azarkeşlərimiz sevindirək. “Qarabağ”ı zəif komanda hesab etməyin. Əgər bu komanda qrup mərhələsində mübarizə aparırsa deməli, hansısa gücə malikdi. Biz də 3 oyunda qol vura bilməmişiksə, bu çox pis nəticədir.

 Zəif oynadığımızı da etiraf edirəm. . Biz çalışmalıyıq ki, Avroliqada da öz çempionatımızda kimi oynamalıyıq, o zaman nəticə əldə edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43