Dünyadan

Dünya çempionatında komandaların sayı artırılacaq

FİFA-nın yeni prezidenti Canni İnfantino dünya çempionatındakı komandaların sayının 48-ə yüksəldilməsi fikrindən dönmək istəmir.

Idmanxeber.com xəbər verir ki, onun təklif edəcəyi layihəyə əsasən seçmə mərhələlərdən sonra 48 yığma mundiala vəsiqə qazanacaq. Ancaq onların heç də hamısı final mərhələsində iştirak etməyəcək. Belə ki, yüksək reytinqli 16 yığma birbaşa qruplarda iştirak hüququ əldə edəcəklər. Digər 32 komanda isə püşkatma yolu ilə öz aralarında pley-off matçları keçirəcək və qalib 16 milli mundiala yollanacaq.

Ali futbol qurumunun rəhbəri bununla bağlı gələn ilin yanvar ayında keçiriləcək iclasda qərar qəbul ediləcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43