“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “sarı bülbüllər” son olaraq Marsel “Olimpik”ində çıxış etmiş Adil Ramini transfer edib.
33 yaşlı müdafiəçi ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
Rami, karyerası ərzində “Lill”, “Milan”, “Sevilya” kimi klublarda da forma geyinib.
O, Fransa millisi ilə DÇ-2018-in qalibi olub.