Dünya futbolu

“Beşiktaş” braziliyalı futbolçu transfer etdi

“Beşiktaş” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar” Fransanın “Lill” klubundan Tiaqo Mayanı satın alma şərti ilə icarəyə götürüb. İstanbul klunu braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna sahib olacaq. Bu barədə TRT Spor kanalı məlumat yayıb.

“Lill” 22 yaşlı futbolçunu 2017-ci ildə “Santos”dan 14 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43