Dünya futbolu

Dünya mətbuatı İstanbul derbisini yazdı: “Özlərini rüsvay edirlər”

Dünən Türkiyə Superliqasının 11-ci turunda iki əzəli rəqib olan “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gəlib. Avropa mətbuatının da diqqətindən uzaq qalmayan qarşılaşmanın nəticəsindən daha çox oyundan sonra futbolçuların bir-birləri ilə dalaşması gündəmdə olub.

İtaliyanın nüfuzlu “La gazette dela sport” qəzəti derbi haqqında dərc etdiyi məqaləyə “Türklər özlərini rüsvay edirlər” başlığını verərək yaşananları futboldan uzaq olaq dəyərləndirib.

İspaniya mətbuatı isə qarşılaşmadan öncə ürək tutulmasından dünyasını dəyişən “Fənərbaxça”lı azarkeşi diqqətdə saxlayıb. Xəbərdə oyunçuların dünyasını dəyişən azarkeşlərinə belə hörmətlərinin olmadığı meydana bir-birləri ilə dalaşmaq üçün çıxdıqlarını bildirib.

Qeyd edək ki, qarşılaşmada “Qalatasaray” 2:0 önə keçsə də, görüş 2:2 hesabı ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43