Kateqoriyasız

Dünya reytinqi: “Qarabağ” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 301 komandalı olduğu siyahıda “Qarabağ” da yer alıb. Aktivində 143,5 xal olan “köhlən atlar” 8 pillə irəliləyərək 83-ü olub.

İlk “3-lük”də 329 xalla “Flamenqo” (Braziliya), 311 xalla “Liverpul” (İngiltərə) və 308 xalla “Palmeyras” (Braziliya) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43