Kateqoriyasız

Elmar Baxşıyevə PRO lisenziyası təqdim olundu

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevə UEFA-nın Pro kateqoriyasının diplom və lisenziyası təqdim olunub. 42 yaşlı mütəxəssisə müvafiq sənədlər AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində verilib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran çalışdırıcılara diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından baş məşqçisi “qırmızı-qaralar”ı Premyer Liqada 86 oyuna çıxarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43