İdman

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı – QURBAN QURBANOV DA VAR

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı bəlli olub.

İdmanxeber.com.un məlumatına görə, bu barədə “World Coach Ranking” saytı siyahı təqdim edib.

Sözügedən siyahıda ölkəmizdən 3 məşqçi yer alıb. Bunlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk və “Zirə”dən Ayxan Abbasovdu.

Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 491-ci (+8)  pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 939-cu (+2), A. Abbasov 217 xalla 991-cidir (-2).

 Qeyd edək ki, reytinq siyahısına “Real”ın çalışdırıcısı Zinəddin Zidan (18 min 467 xal) başçılıq edir. Renato Qauşo (“Qremio”)  14 min 174 xalla 2-ci, Ernesto Valverde (“Barselona”) 13 min 642 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43