İdman

“Kəpəz”in Gəncədəki məşqinin vaxtı bəlli oldu

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada baş tutacaq çalışma martın 2-də saat 16:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43