İdman

Duqlas Kosta rəsmən “Yuventus”da

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.

“Bavariya”nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək.

Braziliyalı yarımmüdafiəçi bu gün “Yuventus” üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən 26 yaşlı futbolçunun Münhen klubu ilə 2020-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43