Kateqoriyasız

“Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Makkabi” ilə (Tel-Əviv) oyunundan öncə mətbuat konfransı iştirak edib.

İdmanxeber.az xəbər verir ki, Sadıqov görüşlə bağlı bunları deyib:

“Sabah bizi “Makkabi”yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq”.

Qeyd edək ki, sabah “Blumfild” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43