Ölkə futbolu

“Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur” – Mübariz Orucov

“İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunçuluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq.  Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 28-ci turunun “Araz-Naxçıvan”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, penaltini epizodunu isə belə dəyərləndirib:

“Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43