Ölkə futbolu

“Epizodları görmürsənsə, hakimlik etmə“ – Azər Bağırov

“Oyun haqda çox danışmaq istəmirəm, əsəbiyəm. Hakimlər sağ olsunlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov səsləndirib. O hakimlikdən narazılığını bildirib:

“Artıq hakimlərdən danışmaqdan yorulmuşam. Ancaq onlar dəlləkliyi bizim üstümüzdə öyrənirlər. Epizodları görmürsənsə, hakimlik etmə. Futbolçunun ağzı qanayır, özü edib? Hakimsənsə, bunu görməlisən. Hakimlər haqda necə danışmayasan? Yeni yaranmış komandayıq, futbol oynamaq istəyirik… Nə bilim… Danışandan sonra deyirlər, günahını hakimlərin üstünə atırsan. Ötən tur Elçin Məsiyev qırmızı vərəqə verdi. Amma danışmadım, çünki öz səhvimizdən azlıqda qalmışdıq. Amma bu gün baxırsan ki, 3-4 epizodu görmürlər. Hücuma çıxırıq, oyunu saxlayır. Barış Şimşek də gəlir, arada futboldan danışır. Sağ olsunlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43