Kateqoriyasız

“Elazığspor”dan “Simurq”a – RƏSMİ

“Simurq” daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü Əli Gökdəmir növbəti iki mövsümdə “Simurq”un şərəfini qoruyacaq. Ötən il icarə əsasında Türkiyənin “Elazığspor” klubunda oynayan gənc müdafiəçi Zaqatala təmsilçisinin heyətində 13 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına Almaniyanın “Hannover 96” klubunda başlayan Əli Gökdəmir A milli komandamızın heyətində 10, U-21-də isə 3 dəfə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43