Kateqoriyasız

Elbrus Məmmədov: “Rahat olmayacaq, ancaq qələbə bizim olacaq”

“Dualarımız millimizlədi. Onlardan qələbə gözləyirəm. İnanıram ki, fərqli, gözəl oyun sərgiləyəcəklər”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub komandasının çalışdırıcısı millimizin bu gün Maltayla keçirəcəyi oyun haqda fikirlərini açıqlayarkən, qonaqların da xal üçün meydana çıxacağını, ancaq yığmamızın qalib gələcəyini bildirib:

“Təbii ki, rahat bir oyun olmayacaq. Onlar da xal qazanmaq istəyəcəklər. Amma qələbə bizim olacaq. Allah köməkləri olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43