l Divizion

Elman Sultanov: “O, özünü məşqlərdə doğrultmadı”

Bu gün Azərbaycan I divizionunun 24-cü turu çərçivəsində “Zaqatala” doğma meydanda “Səbail”lə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, 1:1 hesabı ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında “Səbail”in  baş məqçisi Elman Sultanov jurnalistlərin suallarını cavablandırıb.

– Futboldur. Səhvlər olur. Səhvsiz futbol olmur. Səhv etdik və qol buraxdıq. Çalışarıq bundan sonra səhv etməyək. İlk hissəyə zəif başladıq və qol buraxdıq. Lazımi xalları itirdik.

– Demək olarmı layiqli 1 xalı qazandınız…

– Düzdü, oyun 1:1 qurtardı, amma biz daha güclü idik.Bunu oyun ərzində də görə bilirdik.

– Bayram Budaqovu niyə 2-ci hissədə buraxdınız? O, oyuna girdikdən sonra hücumda daha da canlanma baş verirdi…

– Ona əvvəl şans verdim. Amma o, özünü məşqlərdə doğrultmadı. Buna görə də ona az şans verməyə başladım. Amma bu, o demək deyil ki, onu meydana buraxmayacağıq. Ona hər oyunda şans verirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43