Dünya futbolu

Elmar Vəliyevin oğlu “Kəpəz”dən getdi

“Kəpəz” klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev istefa verib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. O, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43