Kateqoriyasız

Elxan Abdullayev Foqtsu müdafiə etdi, yerli məşqçiləri “ağ yuyub, qara sərdi”: “Filankəs yaxşı oğlandı” prinsipi ilə milliyə baş məşqçi gətirmək olmaz”

"Məşqçini 3 oyundan sonra çıxartmaq düzgün deyil. Çünki yeni məşqçi gələcək bilinmir necə olacaq, kim gətiriləcək  bilinmir necə olacaq. Bu milli komandaya da təsir edəcək. Yaxşı olardı ki, Foqts tsıkilin əvvəlində getsəydi daha yaxşı olardı".

Bu sözləri idmanxeber.com-a açıqlamasında işsiz mütəxəssis Elxan Abdullayev deyib.

AZAL-ın sabiq baş məşqçisi boş qalan posta xaricdən mütəxəssisin gətirilməsinin lehinə olduğunu bildirib:

"Fikrimcə xaricdən məşqçi gətirilməlidi. Çünki mən yerli məşqçilərdən elə birisini tanımıram ki, Foqtsun səviyyəsində olsun.  Foqts tanınmış, təcrübəli bir baş məşqçi idi. Mən istəyərdim ki, xaricdən bir çalışdırıcı gətirilsin. Mən istəmərəm ki, Qurban Qurbanov milliyə gətirilsin. Qurbanov gənc məşqçidi. Mənim öz futbol fəlsəfəm var. Qurbanov indiyənə kimi, millidə təcrübəsi yoxdu. Bu milli komandadı. "Ay filankəs yaxşı oğlandı, yaxşı insandı" prinsipi ilə milliyə baş məşqçi gətirmək olmaz. Qurban Qurbanov "Qarabağ"da uğurlar qazanır. Ancaq unutmayaq ki, klub başqa, milli komanda başqadı. Ona görə, yerli mütəxəssislər arasında belə bir yükü qaldıracaq məşqçi görmürəm. Yenə deyirəm, Foqts kimi təcrübəli, tanınmış birisi uğur qazana bilmədisə, bizim yerlilər bunu heç edə bilməz".

Vüsal Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43