Kateqoriyasız

Emil Balayev: “Prius”lardan uzaq durun”

Azərbaycan milli komandasının və “Səbail”in futbolçusu Emil Balayev klubun “İnstagram” səhifəsinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı qapıçı motosikletə olan həvəsindən danışıb.

O, sürücülərə məsləhətlər də verib: “Motosiklet sürməyi sevirəm. Sürənlərə də deyirəm ki, “Prius”lardan uzaq durun. Həm də yol hərəkəti qaydalarına əməl edin. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43