Dünya futbolu

“Azərbaycan millisində oynaya bilərəm” – Ayaz Quliyev

“İndi bu barədə yüz faiz əminliklə danışmaq mümkün deyil. Gələcəkdə Rusiya yığmasında yox, bu komandada oynayacağımı istisna etmirəm. Azərbaycan millisində oynaya bilərəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev “RB Sport”a müsahibəsində deyib. 27 yaşlı yarımmüdafiəçi daha sonra belə davam edib:

“Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43