Kateqoriyasız

“Kəpəz” Gəncədəki məşqləri başa vurdu

Çempionatın ikinci hissəsinə hazırlaşan “Kəpəz” Gəncədəki məşqləri başa vurub. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçulara bir günlük istirahət verilib. “Sarı-göylər” təlim-məşq toplanışı üçün sabah səhər saatlarında Türkiyəyə gedəcəklər. “Kəpəz” Bələkdə qalacaq.

Qardaş ölkədə olduğu müddətdə komanda üç yoxlama oyunu da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43