Dünya futbolu

Emil Balayevin komandası 1/4 finalda

Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə I Liqa təmsilçisi “Aksu” ilə qarşılaşıb və bu matçdan qələbə ilə ayrılıb – 3:0. Beləliklə, komanda Qazaxıstan Kubokunda növbəti mərhələyə yüksəlib.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü “Tobol”a keçəndən sonra ilk dəfə əsas heyətdən kənarda qalıb.

Kostanay təmsilçisinin 1/4 finaldakı rəqibi aprelin 12-də baş tutacaq püşklə müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43