Dünyadan

Ermənini əvəzlədi, 18 saniyə sonra qol vurdu – VİDEO

Debüt matçına çıxandan 18 saniyə sonra qol vurdu.

İdmanxeber.com-un məlumatına görə, Almaniya Bundesliqasının 21-ci tur çərçivəsində keçirilən "Borrusiya" (Dortmund) – "Ayntraxt" (4-0) matçında Henrik Mixitaryanı əvəzləyərək, debut oynuna çıxan Miloş Yoyiç, əvəzetmədən 18 saniyə sonra yeni komandasında ilk qolunu vurmağı bacarıb. 

Gənc futbolçu qol sevincini baş məşqçisi Yurgen Kloppla bölüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43