Kateqoriyasız

“Espanyol” futbolçularını təhqir edən Suaresə cəza veriləcək?

“Barselona”nın futbolçusu Luis Suares yenidən bir neçə oyunluq diskalifikasiya ola bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri “France Press” agentliyi verib.

İspaniya Kuboku 1/8 final mərhələsi çərçivəsində keçirilən “Barselona” – “Espanyol” (4:1) matçında meydan sahiblərinin futbolçusu Luis Suares rəqib komandanın üzvlərini təhqir edib.

Mənbədə deyilir ki, bu səbəbdən İspaniya Futbol Federasiyası uruqvaylı futbolçunu Kubok oyunlarında 3 oyunluq diskalifikasiya edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43