Kateqoriyasız

Premyer Liqamız dünyada neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını dərc edib.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqası  445 xalla dünya reytinqində 38-ci pillədə qərarlaşıb.

Çempionatımız  ötən illə müqayisədə bir pillə geriləyib.

Birinci yerdə İspaniya La Liqası qərarlaşıb (1262 xal). İtaliya A Seriyası ikinci (1177), Almaniya Bundesliqası (1044) üçüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43