Dünya futbolu

“Evin sağa-sola getdiyini gördüm” – “Qaziantep”in futbolçusu

Türkiyənin “Qaziantep” klubunun futbolçusu Anxelo Saqal şəhərdə baş verən zəlzələdən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkə mətbutaına açıqlama verən 29 yaşlı oyunçu dəhşətli anların yaşandığını bildirib. O, hələ də durumun çox çətin olduğunu vurğulayıb:

“Gecə saat dörd idi. Hamımız yatmışdıq. Tez oynanıb yoldaşımı və uşaqlarımla qapının yanında dayandıq. Əvvəl sakit başlamışdı, daha sonra şiddətləndi. Evin sağa-sola getdiyini görürdüm. 4 yaşındakı oğlum evin bir canavar tərəfindən sağa-sola çevrildiyini deyirdi. Çox qorxuluydu. Küçə soyuq, hər yerdə qar var idi. Çölə də çıxa bilmirdik. Silkələnmələr hələ də davam edir”.

Qeyd edək ki, Qaziantep də daxil Türkiyənin 11 şəhərində güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində qardaş ölkədə minlərlə insan həlak olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43