İdman

Azərbaycan çempionatında növbəti turun oyunları

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, qadınlar arasında Yüksək Liqada II dövrənin son turu fevralın 9-da baş tutacaq. VI turun ilk qarşılaşması “Abşeron” – “Murov” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlanacaq.

Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişilər arasında Yüksək Liqada VI turun oyunları isə fevralın 10-da gerçəkləşəcək. Həmin gün ilk olaraq saat 16:00-da MOİK – “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. II dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43