Dünya futbolu

PSJ Ramosla müqavilə yeniləmir – səbəb…

PSJ müdafiəçisi Serxio Ramosa müqavilə təklif etməyib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçunun sözləşməsi mövsüm sonu başa çatır. Paris klubu isə Ramosa yeni sözləşmə təklif etməyə tələsmir.

Buna səbəb ispaniyalı oyunçunun sön dönəmdəki performansıdır. Onun hazırkı çıxışının rəhbərliyi qane etmədiyi bildirilir. Serxio klubun əsas üzvlərindən biri olsa da, komandadan ayrılma ehtimalının yüksək olduğu vurğulanıb.

İspaniyalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün 28 oyuna çıxıb və 1 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43