Dünya futbolu

Türkiyə klubu ikinci futbolçusunu itirdi

Türkiyədə baş vermiş zəlzələdə daha bir futbolçu dünyasını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, Kahramanmaraşın “İstiklalspor” klubunda çıxış edən Hakan Doğanın həlak olduğu bildirilib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qrum rəhbərliyi oyunçunun vəfat etməsiylə bağlı ailəsinə başsalığı verib.

Bu, sözügedən klubun ikinci itkisidir. Daha öncə də komandanın digər futbolçusu Taner Kahrimanın dağıntılar altında həlak olduğu açıqlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43