İdman

Deputat federasiya prezidenti seçildi

Bu gün Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib.

İdmanxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə qurumun prezidenti də müəyyənləşib. Asossiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev seçilib.

Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov vitse-prezident, Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov isə təşkilatın idarə heyətinin üzvü seçiliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43