Dünya futbolu

“Mançester Siti”də hədəf odur – Mikel Arteta

“Maneçester Siti” Pep Qvardiolanın yerinə Mikel Artetanı gətirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Four Four Two” nəşri məlumat yayıb. Bildirilir ki, Premyer Liqanın kluba yönəlik maliyyə pozuntusu iddiasından sonra Qvardiola komandadan ayrıla bilər.

O, kluba hər hansı bir cəza gələcəyi təqdirdə, “şəhərlilər”i tərk edəcəyini açıqlayıb. Mənbə yazır ki, “Mançester Siti” rəhbərliyi təcrübəli çalışdırıcının əvəzinə “Arsenal”ın baş məşqçisi Mikel Artetanı düşünür.

Arteta uzun müddət Qvardiolanın köməkçisi kimi çalışıb. Hazırda onun rəhbərliyindəki “Arsenal” Premyer Liqada birinci sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43