Dünya futbolu

TFF prezidentindən futbolçulara: “Burada oynayırsınız, pul qazanırsınız…”

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Böyükekşi ölkədə baş verən zəlzələ ilə bağlı legioner futbolçulara çağırış edib.

İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri Türkiyədə oynayan əcnəbi futbolçuları yardım kampaniyalarına qoşulmağa çağırıb. O, oyunçuların verəcəyi istənilən məbləğin böyük kömək olduğunu bildirib:

“Hamınızı dəstəyə çağırıram. Siz də burada oynayırsınız, pul qazanırsınız. Əlbəttə ki, haqqınız olanı alırsınız. Ancaq yardımınıza ehtiyacımız var. 10, 20, 30 min avro sizin üçün simvolik rəqəmlər olsa da, mənası çox böyükdür”.

TFF ölkədə zəlzələdən əziyyət çəkənlər üçün 20 milyon lirə bağışlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43