Ölkə futbolu

“Fənərbağça” Bakıya nə vaxt gələcək?

Türkiyənin “Fənərbağça” klubunun “Zirə” ilə yoldaşlıq matçı keçirə biləcəyi xəbərini vermişdik.

“Zirə” futbol klubunun və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” komandasının baş katibi Burak Kızılhanla görüşüb.Tərəflər arasında Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. 

Görüşün konkret hansı tarixdə baş tutacağı bəlli deyil. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qarşılaşma avqustun sonu sentyabrın əvvəlində keçirilə bilər. 

Matçın yeni mövsümün əvvəlində milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə baş tutması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43