Dünya futbolu

“Çelsi”də beşi gedir, üçü şübhəlidir – adlar

“Çelsi” Maurisio Poçettinonun təyinatından sonra heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar”da beş oyunçunun klubu tərk etməsi gözlənilir.

Klub Pyer-Emerik Obameyanq, Hakim Ziyeş, Kristian Pulişiç, Eduard Mendi və Kallum Hudson-Odoini ilə yolları ayracaq.

Bunlarla yanaşı, Kalidou Kulibali, Sezar Azpilikueta və Ngolo Kantenin də gələcəyi şübhə altındadır.

“Çelsi”nin 20-dən çox futbolçusu icarə əsasında başqa klublarda çıxış edir. Londonlular onların da sayını azaltmaq niyyətindədirlər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43