Dünya futbolu

“Fənərbağça”nın futbolçusu İtaliya klubunun maraq dairəsində

“Fiorentina” “Fənərbağça”nın hücumçusu Enner Valensiyanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə dünya çempionatında uğurlu performans sərgilələn 33 yaşlı futbolçu Florensiya təmsilçisinin idman direktoru Nikolas Burdissonun diqqətini cəlb edib. İtalyanlar qış transfer pəncərəsi zamanı təcrübəli qolçunu transfer etməyə çalışacaq.

Qeyd edək ki, o, cari mövsümdə “Fənərbağça”nın heyətində meydana çıxdığı 20 matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43