Dünya futbolu

“Fənərbaxça” Kokunu göndərir

“Fənərbaxça”da Koku dönəmi sona çatır.

Türkiyə mətbuatının yaydığı məlumata görə, “Fənərbaxça” klubu mövsümün əvvəlində vəzifəyə gətirdiyi baş məşqçi Filip Kokunu istefaya yollamağa hazırlaşır. Mövsümə uğursuz başlayan İstanbul təmsilçisi geridə qalan 8 turdan sonra əzəli rəqibi  “Qalatasaray”ın 10 xal gerisindədir. Ötən tur “Başakşəhər”lə doğma meydanda heç-heçə edən komanda klub rəhbərliyinin səbr kasasını doldurub. Rəhbərliyin bu yaxınlarda hollandiyalı mütəxəssis ilə yollarını ayıracağı gözlənilir. Onun yerinə isə komandanın başına 2013-2014-cü ildə “Fənərbaxça”ya çempionluq yaşatmış Ersun Yanalın gətirilməsi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43