İdman

Faiq Cabbarov “Kəpəz”dən imtina etdi

"Kəpəz"in aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişiklikləri baş verib.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytı vasitəsi ilə açıqlanan yeni təyinatlar arasında Faiq Cabbarovun adının olmaması təəccüb doğurub. Çünki uzun illər Gəncə futbolunda xidməti olan Cabbarovun "Kəpəz"in 17 yaşlılardan ibarət komandasına baş məşqçi təyinatı gözlənilirdi. Məsələ ilə bağlı klubla əlaqə saxladıq. Komandadan verilən məlumata görə, Faiq Cabbarov şəxsi problemlərini irəli sürərək özü "Kəpəz"də işləməkdən imtina edib.

Xatırladaq ki, ilin əvvəlində Faiq Cabbarovun öldüyü ilə bağlı xəbər yayılmışdı. Lakin sonradan xəbərin səhv olduğu ortaya çıxmışdı. Bundan sonra diqqət mərkəzinə düşən Cabbarova "Kəpəz"də vəzifə veriləcəyi vəd edilmişdi. Həmin vəzifənin məhz yay aylarında veriləcəyi gözlənilirdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43