Dünya futbolu

Musleranın “Qalatasaray”dakı taleyinə aydınlıq gəldi

İstanbulun “Qalatasaray” klubunda yeni müqavilə qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, “sarı-qırmızılar” qapıçı Fernando Muslera ilə mövsümün sonunda başa çatacaq olan müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni sözləşməyə əsasən uruqvaylı “əlcək sahibi” 2021-ci ilədək “cim bom”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, 31 yaşlı qolkiper 2011-ci ildən “Qalatasaray”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43