İdman

Şəhriyar Əliyev: “Hamı ürəklə çalışdı”

“Türkiyəyə yollanmamışdan öncə Bakıda yüngül formada hazırlıq keçmişdik. Ərzurumda isə artıq bilirdik ki, bizi ağır məşqlər gözləyir. Çünki xaricdəki toplanış hazırlığımızın əsas hissəsi olmalı idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in kapitanı Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, Türkiyə hazırlığının komandaya çox faydalı olduğunu bildirib: “Məşqlər ağır olsa da, canla-başla verilən tapşırıqları, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Hazırlıq yaxşı keçdi. Ayaqlarımızda ağırlıq vardı, bu da normal haldır. Fiziki yükləmədən sonra vəziyyət belə olmalıdır. Bu səbəbdən yoxlama oyunları da bizim üçün ağır keçdi, çətinliyimiz oldu. Uşaqlar da pis oynamadılar, özlərini göstərməyə çalışdılar. İstər yenilər olsun, istərsə də köhnə futbolçular, hamı ürəklə çalışdı. Mütləq bunun bəhrəsini çempionatda görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43