İdman

“Panatinaikos”un prezidenti: “Azərbaycanda əsl şou olacaq”

“Bizim üçün uğurlu gecə idi. Yaxşı futbol nümayiş etdirdik. Onu da nəzərə alaq ki, bəzi futbolçularımız hələ tam hazır deyillər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Panatinaikos”un prezidenti Manos Mavrokukulakis Yunanıstan mətbuatına Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, Bakıda keçiriləcək cavab matçının maraqlı keçəcəyini qeyd edib: “Azarkeşlər Azərbaycanda əsl şou izləyəcəklər. Növbəti mərhələyə vəsiqəni Bakıda reallaşdırmaq bizim üçün əla olar”.

Qeyd edək ki, Qəbələ” – “Panatinaikos”  görüşü avqustun 3-ü, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43